Həyatınızı daha rahat, təhlükəsiz və effektiv etmək üçün innovativ ağıllı idarəetmə həlləri təqdim edirik
Şirkətimiz müxtəlif sahələrdə avtomatlaşdırma, enerji səmərəliliyi və texnoloji yeniliklər sahəsində bir sıra uğurlu layihələrə imza atmışdır. Hər bir layihə, müştərilərin spesifik tələblərinə uyğun yüksək səmərəlilik və qabaqcıl həllər təqdim etməyə yönəlib.
Şirkət bir cox sənaye müəssisələrində PLC, SCADA sistemlərinin avtomatlaşdırmasını həyata keçirmişdir. Bundan əlavə bu müəssisələrdə istehsalata nəzarət və idarəetmə işlərini avtomatlaşdırmışdır.
Muzeyin avtomatlaşdırılması da bu yanaşmanın bir parçasıdır. Layihəmizdə muzeyin tam avtomatlaşdırılması həyata keçirilmişdir. İşıqlandırma, səs, elektrik və pərdə sistemlərini vahid mobil tətbiq vasitəsilə idarəetmə imkanı yaradılmışdır. Proyektorlar, monitorlar və xüsusi çəllək şəkilli ekranlar üzərində uzaqdan idarəetmə funksiyası təmin edilmişdir. Bu funksionallıq vasitəsilə, cihazları açıb-bağlamaq, videoların dilini dəyişdirmək, oynatmaq və səs səviyyəsini tənzimləmək imkanı yaradılmışdır. Muzeydə müxətlif senarilərlə bir cox qurğunun idarə edilməsi təmin edilmişdir. Muzeyin funksiyalarının inteqrasiya olunmuş idarəedilməsi, ziyarətçilərə interaktiv və rahat təcrübə təqdim edir, resursların daha səmərəli istifadəsini təmin edir.
Şirkət fəaliyyət tarixindən etibarən 50 + bu tipli layihə icra etmişdir. Bu sistemlərdə işıq, istilik, səs, su, media,təhlükəsizlik sistemlərinin hər biri tam şəkildə avtomatlaşdırılmışdır. Həmçinin bu sistemlərə qənaət və avtopilot rejim tətbiq edilmişdir. İdarəetmə şirkətin istehsal etdiyi cihazlar və özünə məxsus proqram təminatı tərəfindən icra edilmişdir.
Ağıllı ev həllərimiz haqqında suallarınız var? Biz sizə kömək etməyə hazırıq.